Bu gün Topaz Premyer Liqasında 2015/2016 mövsümünə yekun vurulub. "Inclusivenews.org” saytının məlumatına görə, 36-cı turunun qarşılaşmaları eyni gündə keçirilib.
32-ci tur turdan Premyer Liqanın 2015/2016 mövsümünün qalibi olan "Qarabağ” bu gün doğma "Azərsun Arena” da son oyununu keçirib. AZALI qonaq edən Qurban Qurbanovun yetirmələri elə ilk hissədə oyunun taleyini həll edib. Mahir Mədətov, Migel və Daninin qolları ilə təyyarəçiləri 3-0 hesabı ilə məğlub edib. Ardıcıl 3-cü çempionluğunu bayram edən "Qarabağ” cari mövsümdə keçirdiyi oyunlarda 84 xal toplayıb. Oyundan sonra "Azərsun Arena”da "Qarabağ”a mükafatlar təqdim olunub. Təqdimat mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.
Bu günkü tadbirdə saytımızın əməktaşı Orxan Əliyev də iştirak edib. Qızıl medallarına sahib çıxan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov medalını əməktaşımıza hədiyyə edib.