"MediaMən” Jurnalistika Məktəbi -2 layihəsinin bağlanış mərasimi keçirilib.
3 ay davam edən layihəni uğurla başa vuran 19 nəfər iştirakçıya sertifikatlar təqdim olunub.
Onların arasında Inclusivenews.org saytının əməkdaşı Orxan Əliyev də olub. Tədbirdə Mətbuat Şurası, rəsmi dövlət qurumlarından nümayəndələr və təlimçilər iştirak edərək layihə ilə bağlı təəssürratlarını bölüşüblər.
Layihə Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə həyata keçirilir. "MediaMən” jurnalist olmaq istəyən gəncləri bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlər vasitəsi ilə onlara jurnalistkaya dair bilik və bacarıqlar aşılayır.
"MediaMən” Jurnalistika Məktəbi Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) və Gənclər üçün Təhsil Mərkəzinin (GTM) birgə media layihəsidir.