Bu gün Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində sonuncu, üçüncü turun oyunları keçiriləcək. "Inclusivenews.org” saytının məlumatına görə, A və B qruplarında olan milli komandalar son oyunlarını keçirəcəklər.
İlk olaraq A qrupunun oyunlaı keçiriləcək. Saat 16:00-da millimiz 8-ci km qəsəbə stadionunda Şotlandiya ilə qarşılaşacaq. İlk oyunda Portuqaliya qarşısında darmadağın olan (0:5), daha sonra isə Belçika ilə qollu bərabərliyə (1:1) razılaşan millimiz hələ ki, şanslarını saxlayır. Bu qarşılaşma CBC Sport kanalı ilə canlı yayımlanacaq.
Qrupumuzdakı digər oyunda isə "Dalğa Arena”da Portuqaliya ilə Belçika qarşılaşacaqlar. Portuqaliya millisi artıq 1/4 finala vəsiqəni təmin etdiyindən bu amal üçün vuruşan belçikalıların işinin asan olacağını düşünmək olar.
B qrupunda da maraqlı vəziyyət yaranıb. Ukrayna millisinin şansları az da olsa, qalır. Bunun üçün onlar Bosniya və Hersoqovinanı ən az 3 top fərqi ilə yenməli, paralell keçən qarşılaşmada da isə qrup lideri Avstriyanın Almaniyanı da böyük hesabla məğlub etməyini gözləməlidi. Almaniyaya isə növbəti mərhələ üçün 1 xal da bəs edəcək. Bu qrupun oyunları isə saat 19:15-də b aşlayacaq.
UEFA U-17 Avropa çempionatının final mərhələsi
Qrup mərhələsi, 3-cü tur
A qrupu
16:00. Şotlandiya – Azərbaycan
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
Hakim-inspektor: Mark Batta (Fransa)
8-ci km qəsəbə stadionu
16:00. Portuqaliya – Belçika
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Vladimir Abtonov (Moldova)
"Dalğa Arena”
B qrupu
19:15. Bosniya və Herseqovina – Ukrayna
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Baş hakimin köməkçiləri: Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
8-ci km qəsəbə stadionu
19:15. Almaniya – Avstriya
Baş hakim: Mitya Jqaneç (Sloveniya)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
"Dalğa Arena”