Türkiyə Superliqasında 11-ci turun oyunları davam edir.
Turun mərkəzi qarşılaşması isə bu gün oynanılıb. Əzəli rəqiblər "Fənərbaxça” ilə "Qalatasaray” "Şükrü Saraçoğlu” stadionunda üz-üzə gəlib. 17 ildir səfərdə "Fənərbaxça"ya qalib gələ bilməyən "aslanlar" bu dəfə də sindromu qıra bilməyib. Van Persinin vurduğu qollar meydan sahiblərinə 2:0 hesablı qələbə qazandırıb.
Oyunun geniş icmalını sizə təqdim edirik: