Dünən bəzi saytlarda və sosial şəbəkələrdə Bakıda möhtəşəm matç: "Qarabağ” – "Qalatasaray”, "Qalatasaray” Bakıya gəlir, "Qarabağ”la Türkiyənin "Qalatasaray” klubu arasında yoldaşlıq görüşü keçiriləcək bu kimi başlıqlı xəbərlər gündəmi alt-üst etmişdi. Yarım saat içində ən çox oxunan və paylaşılan xəbər oldu.
Bu xəbərin nə dərəcədə düzgün olduğunu öyrənmək üçün "Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. O da bizə bu xəbərin doğru olmadığını bildirdi. Bu cür yalan xəbərlərə inanmamağı məsləhət gördü.