"Qalatasaray"ın Türkiyə Super Liqasının son turunda "Antalyaspor"u 3-1 hesabı ilə məğlub etdiyi oyundan sonra paylaşılan bir şəkil sosial mediada əks-səda yaradıb.
Ayaqlarını istifadə etməkdən məhrum olan "Qalatasaray" azarkeşinin şəkli qısa müddət ərzində sosial mediada ən çox paylaşılan şəkil olub. Az keçməyib ki, "sarı-qırmızılı" klub, rəsmi twitter hesabından sözügedən azarkeşi axtarışı ilə bağlı tvit atıb və onun kimliyini bilənlərdən klubla əlaqə yaratmasını xahiş edib. "Qalatasaray"ın bu azarkeşi "Trabzonspor" matçına xüsusi olaraq dəvət etməsi gözlənilir.