AVRO-2016-nın seçmə mərhələsində keçirilən sonuncu oyunundan millimiz məğlub ayrıldı. İtaliya millisi 3:1 hesabı ilə yarışın qalibi oldu.
Oyunun birinci hissəsində hesabı açan qonaqların cavabı Nazarovun qolu sayəsində verilsə də, millimiz bərabərliyi sona qədər saxlaya bilmədi. Elə ilk hissənin sonlarında gələn qol komandamızın qələbəyə olan ümidlərini minimuma endirdi. İkinci hissənin 60 və 75-ci dəqiqələrində qapıya vurulan iki qolla İtaliya millisi 3:1 hesabı ilə oyunu bağladı. Beləcə 4 qat dünya çempionu qalibiyyət siyaıhısna daha birini əlavə etdi.
Millimiz oyundan məğlub ayrılsa da bu oyunun özəllikləri futbol tariximizdə xüsusi məqamla yadda qaldı. İlk dəfə olaraq oyunu izləmək üçün 40 mindən çox azarkeş meydana toplandı.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr
Azərbaycan – İtaliya – 1:3
Qollar: Nazarov, 29 – Eder, 11, El Şaaravi, 42, Darmian, 64
Qırmızı vərəqə: Bədavi Hüseynov, 88
Baş hakim: Villyam Kollum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Alastair Mater (Şotlandiya)
Hakim-inspektor: Marinus Kopman (Holalndiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)
Bakı. Olimpiya stadionu
Orxan Əliyev