Əvvəlcə oynadıq, rəqs etdik, özü də milli rəqs. Təəccübləndilər! Sonra yenə oynadıq, bu dəfə şahmat. Qalib gəldik! Bu dəfə özümüz təəccübləndik! Yenə də dayanmadıq.
Dünya Autizm Maarifləndirmə ayına bu gün, Park Bulvarda təntənəli tədbirlə start verildi. Aprel ayının ilk günü Azərbaycanda autizmli və tipik uşaqların birgə hazırladığı maraqlı tamaşalarla hər kəsi sevindirdi.
Səhnənə ilk olaraq UAFA-dan Şamxal Xələflinin "Möcüzə” rəqs qrupu, milli rəqs nömrəsi ilə buyurdu. "Mədinə” reabilitasiya tibb mərkəzindən olan balacaların şeir və musiqi nömrələri ilə davam edən tədbirdə, şahmat biliyini açıq meydanda, çəkinmədən nümayiş etdirən, "Autizmlə Mübarizə İnkişaf Mərkəzi”in autizmli uşaqları da yer aldı. Loqo PAM reabilitasiya mərkəzinin inkluziv qrupdan ibarət balacalarının səhnələşdirdiyi "Turp” nağılı da böyük maraqla qarşılandı. Tamaşa "Möcüzə” rəqs qrupunun xarici rəqs nömrəsi ilə bitdi. Tədbirin maraqlı məqamlarından biri də, təqdimatları autizmli aparıcımız, Tahirin etməsi oldu.
Tədbirin məqsədi, insanların daha çox "xəstə” kimi qəbul etdiyi autizmli uşaqların bacarıqlarını nümayiş etdirmək, onların reabilitasiya yolu ilə sosiallaşmağa və üstün fərqliliyə, potensial gələcəyə malik insanlar olduğunu praktik hər kəsə nümayiş etdirməkdir.
shahmatÇoxlarını düşündürən "Autizm nədir?” sualının cavabını tapmaq (red. – Autizm, anadangəlmə olub, betin və sinir sisteminin fərqli qururluşu və ya faəliyyətindən qaynaqlandığı qəbul edilən kompleks nevropsixiatrik bir pozuntudur. Başqaları ilə qarşılıqlı münasibətdə olmağa mane olaraq, fərdin öz daxili dünyası ilə baş-başa qalmasına yol açan autizm, təqribən 3 yaşdan bir az erkən ortaya çıxaraq fərdin sosial ünsiyyət, qarşılıqlı münasibət və dactanışına mənfi təsir göstərir), autizm sindromunun erkən aşkara çıxarılması üçün valideynlərin diqqət etməli olduğu əlamətlər haqqında broşurlar də tədbir boyunca qonaqlara paylandı.
Məlumat üçün bildirək ki, "Lider Qadınlar” İB, "Birgə və Sağlam” İB və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İSİM-lə birgə hazırladığı "Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində təşkil olunan bu tədbirə qatılan könüllüər arasında "ElnaraMedia” da təmsil olunur. Dünya Autizm Maarifləndirmə Ayı, Türkiyədən gələn və yerli mütəxəssislərin seminarları, bir sıra binaların mavi işıqlandırılması və digər tədbirlərlə davam edəcək.