Bu gün Avropada böyük futbol bayramı olub. Qitənin bir nömrəli klub turniri olan Çempionlar Liqasında final oyunu keçirilib. "Inclusivenews.org” saytının məlumatına görə, bununla da Avropada futbol mövsümü rəsmən başa çatıb.
Milanın "San Siro” stadionunda 2 madrid təsilçisi "Real” və "Atletiko” üz-üzə gəlib.
Oyunun ilk dəqiqələrində təhlükəli hücumlar təşkil edən "Real” futbolçuları erkən qol vurmağı bacarıblar. Görüşün 15-ci dəqiqəsində Ramos komandasını hesabda irəli çıxarıb. Bu qoldan sonra futbolçular nə qədər çalışsalar da hesabı dəyişə bilməyiblər. İlk hissə "Real”ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.
İkinci hissədə də azarkeşlər maraqlı oyunun şahidi olublar. Qarşılaşmanın 47-ci dəqiqəsində "Atletiko”nun fransalı hücümçüsu Antonie Qriezmann penalti zərbəsindən yararlana bilməyib. Buna baxmayaraq "Atletiko” futbolçuları son dəqiqələrdə hesabı bərabərləşdirə bilib. 79-cu dəqiqədə Karrasko vurduğu qolla komandasını ümidləndirib. Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə başa çatıb.
Qalibi müəyyən etmək üçün hakimin təyin etdiyi əlavə vaxtda da hesab dəyişməyib. Bununla da oyun sonrası penalti zərbələrinə müraciət olunub. Burada isə daha dəqiq olan "Real” futbolçuları 5-3 hesabı ilə qələbə qazanıb. Bu "kral” klubunun 11-ci çempionluğu olub.
Çempionlar Liqası
Final
28 may
"Real” (Madrid, İspaniya) – "Atletiko” (Madrid, İspaniya) – 1:1 (əlavə vaxt), 5-3 (penaltilər)
Qollar: Serxio Ramos, 14 – Karrasko, 79
Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. "San Siro” stadionu
Orxan Əliyev