Artıq futbol üzrə Avropa Çempionatının başlamasına sayılı günlər qalıb. Mundialda iştirak edəcək milli komandalar Fransaya aparacaqları futbolçuları dəqiqləşdirməyə başlayıblar. Bu il Fransada təşkil olunacaq turnirdə Avropa Çempionatları tarixində bir ilk olacaq. Belə ki, bu günə qədərki mundiallarda Avropanın 16 ən güclü milli komandası iştirak edirdi. Bu ilki çempionatda isə Avropanın ən güclü 24 millisi çıxış edəcək. Bu komandalar arasında bizim futbol azarkeşlərinin də oyunlarını yaxıdan izlədiyi Türkiyə millisi də yer alıb. Onlar seçmə mərhələdə əsil möcüzəni reallaşdırıblar. Belə ki, ay-ulduzlu komanda futbol üzrə "Avro-2016″nın seçmə mərhələsinin "Ən yaxşı üçüncü komandası” kimi finalına vəsiqə qazanıb.
Bu günlərdə bütün Türkiyə futbolla nəfəs alır. Deyərdim ki, hər kəsin uşaqdan böyüyə, Qalatasarlısından Fənərlisinə kimi hamının ürəyi milli komanda üçün döyünür. Hər kəs milli komandaya dəstək olmaq üçün çalışır. Müxtəlif reklamlar çəkilir, bəstələr yazılır. Türkiyənin məhşur müğənnisi Rafət Əl Roman da "ay-ulduz”lu milliyə dəstək üçün mahnı bəstələyib. "Təşəkkürlər Türkiyəm” mahnısı sosial şəbəkələrdə maraqla dinlənilib və izlənilib. Bu mahnı mənə 2002-ci ili xatılatdı. Həmin ildə Koreya və Yaponiyada keçirilən dünya çempionatında Türkiyə millisi uğurlu çıxış edərək dünya üçüncüsü olmağı bacarmışdı. Bu uğurdan ilhamlanan meqa star Tarkan Türkiyə millisinin şərəfinə "Bir oluruz yolunda” mahnısını ifa edib. Türkiyə millisinin ən son çıxış etdiyi böyük turnir 2008-ci il Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatı olub. Həmin mundialda da ay-ulduzlu yığmanın baş məşqiçisi Fatih Terim olub. Türkiyə millisi yarıfinalda Almaniya millisinə məğlub olaraq Avropa üçüncüsü olub.
Qeyd edək ki, Fransada keçiriləcək Avopa Çempionatında Türkiyə millisi İspaniya, Çexiya və Xorvatiya ilə birlikdə D qrupunda çıxış edəcək. Ay-ulduzlu milli ilk oyunun iyunun 12-də Xorvatiya millisinə qarşı keçirəcək.
Orxan Əliyev