Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatı başa çatıb. "Inclusivenews.org” saytının məlumatına görə, baş mükafat uğrunda iki qonşu ölkə, Portuqaliya – İspaniya üz-üzə gəlib.
8-ci km qəsəbə stadionunda keçirilən final oyununda turnirin iki favorit komandası Portuqaliya və İspaniya qarşılaşıb. Oyunun gərgin keçəcəyi öncədən məlum idi.
İlk hissə hər iki tərəfin də sürətli hücumları ilə başlayıb. Bunun nəticəsi kimi görüşün 27-ci dəqiqəsinda Dieqo Dalot Portuqaliyanı hesabda önə çıxarır. Bu qoldan sonra ispanlar hücumlarının sayını artırıb və 32-ci dəqiqədə Brahim Diazın qolu ilə hesabı bərabərləşdirib. İlk hissə 1-1 hesabı ilə başa çatıb.
İkinci hissədə hər iki tərəfin də cəhtlərinə baxmayaraq hesab dəyişməyib. Qalibi müəyyən etmək üçün oyun sonrası pelanlti vuruşlarına müraciət olunub. Burada daha dəqiq olan Portuqaliya futbolçuları 5-4 qalib gələrək Avropa çempionu olub.
UEFA U-17 Avropa çempionatının final mərhələsi
Final
21 may
Portuqaliya – İspaniya – 1:1 (penaltilər: 5:4)
Qollar: Dalot, 27 – Diaz, 32
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Səsigözəl (Türkiyə)
Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta)
8-ci km qəsəbə stadionu
Orxan Əliyev