Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində ikinci turun oyunlarına start verilir. A və B qruplarında olan milli komandalar növbəti oyunlarını keçirilir.
Günün ilk qarşılaşmasında Ukrayna və Avstriya milliləri üz üzə gəliblər. Rəqibini 2:0 hesabı ilə məğlub edən Avstriya millisi 1/4 finala yüksələn ilk komanda olub. Oyundan sonra qalib komandanın baş məşqiçisi Andeas Heraf oyunla bağlı fikirlərini bildirib.
"Çox çətin oyun oldu. Ukrayna 19 oyundu ki, məğlub olmur. Rəqib çox güclüdü. Əks-hücumlara sürətlə keçirdi. 1/4 finalda rəqibimiz ya Portuqaliya, ya da Belçika olacaq. İkisi də güclü komandadır. Çalışacağıq ki, yarımfinala yüksələk.”
Daha sonra Ukrayna millisinin baş məşçqisi Aleksandr Petrakova media nümayəndələri qarışına çıxıb. Komandanın oyunu haqqında jurnalistlərin ilk sualını baş məşqçi qəzəblə qarşılayaraq "mənasız” adlandırıb və cavablandırmaqdan boyun qaçırıb. Hirsli davranışı ilə jurnalistlərin diqqətini cəlb edən Aleksandr Petrakova bundan sonra verilən sualları cavablandırmaqdan imtina edərək media zonanı tərk edib.