Məşhur "Super Mario Bros.”nun oyunçusu, Mario əlil arabasında təsvir olunub.
Hündürlüyə "hoppanan” Mario "aşağı düşəndə xəsarət” alır. Bundan sonra o, oyunu əlil arabasında davam etdirir. Amma qarşısına çıxan hündür maneələri aşa bilməyən Mario yolunu davam etdirə bilmədiyincə göz yaşlarına qərq olur. Burda qardaşı Luici onun köməyinə çatır və maneələr qarşısında panduslar quraşdırır. Beləcə, Mario sərbəst yoluna davam edir.
Krallığı əjdahadan "xilas edən” Mario qalaya daxil olandan sonra qazandığı xallar kəskin artır və ekrana "İndi 80’ci illər deyil. Hər kəs üçün müəssər giriş” deyə cümlələr gəlir.
Oyunun sonunda finiş xəttinə çatanda həmişəki kimi ekrana bayraq çıxmır, əvəzində Mario kanveyrə daxil olur və yıxılır, əlil arabası isə onun üzərinə düşür.
Inquisitr saytının yazdığına görə oyunun ideya müəllifi 3 israilli gənc -Liron Atia, Roi Meyshar, Gadi Wilcherskidir, animasiyanın müəllifi isə Eran Kerendir. İsrailli gənclər bu video ilə insanları Dünyanın hər yanında müəssərliyin yaradılması üçün çağırış etdiklərini deyirlər.