"Qızımın bir gəlinə baxışı məni çox kədərləndirdi, düşündüm ki, niyə də olmasın?”
Manisanın Soma vilayətində yaşayan daun sindromlu 28 yaşlı Yasəmən Ərarslanın toy xəyalı gerçək oldu. Ailəsi Ərarslan üçün bəysiz toy etdi. Soma-da ailəsiylə birlikdə yaşayan daun sindromlu Yasəmən Ərarslan uşaq yaşlarından bu yana gəlinlik geyinərək evlənməyin xəyalını qurub. Yasəmən Əraslanın xəyalını anası Aynur və atası Qüdrət şərti də olsa həyata keçirmək qərarına gəlib.
Ailə öz imkanları ilə Yasəmənə bəysiz şərti toy keçirib. Soma Bələdiyyəsinin Toy Salonunda keçirilən toyda uşaqlıqdan xəyal etdiyi gəlinliyi geyinən Yasəmən həzin musiqinin müşayiəti ilə atası ilə ilk rəqsini edib. Rəqsdən sonra bir müddət oynayan Əraslan, daha sonra özü üçün hazırlanan beş mərtəbəli toy tortunu kəsərək dadına baxıb. Bundan sonra Yasəmənə xına yaxılıb. Musiqiçilərin mahnıları ilə toya gələnlər doyunca əylənib.
Xoşbəxtliyi üzündən oxunan Yasəmən Əraslan mikrofonu əlinə alıb bu xoşbəxtliyini toya gələnlərlə bölüşüb. Hər kəsə bol-bol təşəkkür edib. Soma Spastik Uşaqlar
Dərnəyində təhsil alan Yasəmən Ərarslan Qafqaz Qrupu müəllimi Murad Dolu ilə səhnəcik nümayiş etdirib. Nümayişdən sonra salondakı qonaqlar Yasəməni ayaq üstə alqışlayıb.
"Onun tək xəyali bu idi. Belə xoşbəxt və əyləncəli bir gündə iştirak edən hər kəsə çox təşəkkür edirəm” deyə Aynur xanım sevincini media nümayəndələri ilə bölüşüb.