İdaho ştatında yaşayan Underdahl ailəsində məhz buna görə fərqli bir həyəcan yaşanır.
"Inclusivenews.org” "Xezerxeber.com” saytına istinadən xəbər verir ki, yüz ildən çox bir müddətdir doğulan bütün körpələri oğlan olan ailəyə 12 apreldə anadan olaraq qatılan yeni üzvünün qız olması böyük sevinc gətirib.
Qıza Auereliya adı verilib.
Kişilərin hakimiyyətinə son verən qız uşağının anası Eşton Underdahl, "Buna özümü hazırlamamışdım, çox təəccübləndim”, – deyib.
Qayınatanın illərdir davam edən vəziyyəti dərk edib araşdırma aparmağa qərar verdiyini söyləyən sevincli ana, "Çəhrayı uşaq geyimləri və oyuncaqları almaq ailədə şok təsiri yaratdı”, – deyə bildirib.
Qeyd edək ki, ailədə sonuncu dəfə qız uşağı 1914-ci ildə anadan olub.