Amerikada hamını göz yaşlarına boğan toy mərasimi keçirilib.
"Inclusivenews.org” xarici mətbuata istinadən xəbər verir ki, Liza Uilson adlı gənc qız həyatının ən xoş gününü xəstəxanada keçirib. Buna səbəb isə onun atasının ağır xəstə olması olub. Belə ki, Lizanın atası xərçəng xəstəliyindən əziyyət çəkib. O, ömrünün son günlərini yataqda keçirməli olub. Buna görə də kilsədə keçirilən mərasimə qatılmaq şansı olmayıb.
Bundan sonra Liza toy ilə bağlı planlarını dəyişib. Onun nikahı xəstəxana otağında atasının yanında bağlanıb. O, ilk rəqsini də süni nəfəs aparatındakı atası ilə edib.