Azərbaycan futbolunun azarkeşləri rekorda imza atıb. Son məlumata görə bu gün keçiriləcək futbola 40 mindən çox bilet satılıb.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya millisi ilə qarşılaşması millimizin kapitanı Rəşad Sadıqov üçün xüsusi əlamətdar olacaq. Bu tsikldə keçiriləcək son ev oyunu kapitanın sayca 100-cü oyunu olacaq.
Görüş saat 21:00 da, Bakı Olimpiya stadionunda, 68 minlik arenada baş tutacaq. Oyunu şotlandiyalı hakimlər idarə edəcək.
Azarkeşlərin rahat və maneəsiz daşınması üçün futbol matçı ərəfəsində, saat 21:30-dan etibarən xüsusi marşrut avtobuslar fəaliyyət göstərəcək. Şəhərətrafı marşrut xətləri üzrə stadiona gəlmək üçün 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
Orxan Əliyev