
Dünən futzal üzrə milli komandamız dünya çempionatının "play-off” mərhələsinin cavab oyunu çərçivəsində Hollandiya yığması ilə qarşılaşıb. Səfərdə rəqibini 5-1 məğlub edən milli komandamı bu dəfə rəqibini Bakı İdman Sarayında qəbul edib və sərfəli nəticə qazanıb.
İlk oyundakı böyükhesablı qələbənin də verdiyi rahatlıqla meydana çıxan millimiz sürətli keçən oyundan sonra iki qarşılaşmanın nəticəsinə görə dünya çempionatına vəsiqə qazanıb.
Tarixində heç vaxt dünya çempionatında oynamayan millimiz Kolumbiyaya vəsiqə qazanıb və ilk dəfə azarkeşlərinə dünya çempionatı sevinci bəxş edib.
Qeyd edək ki, Dünya çempionatı bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək.
DÇ-2016-nın pley-off mərhələsi
Cavab oyunu
12 aprel
Azərbaycan – Hollandiya – 4:4
Qollar: Rizvan Fərzəliyev, 11, Amadeu, 14, Eduardo, 20, Rafael, 26 – Ceyar, 13, Velseober, 16, Musaui, 26, Attaibi, 28
Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)
UEFA nümayəndəsi: Cristian Vomicu (Rumıniya)
Hakim-inspektor: Antonio Jose Fernando Cardoso (Portuqaliya)
Bakı İdman Sarayı
İlk oyun – 5:1