
"Mən onun əlləriyəm. O, isə mənim gözlərim.”
özləri görməyən Jia Haixa dostu, hər iki qolu amputasiya olunan Jia Wenqi ilə münasibətlərini belə təsvir edir.
Onlar birlikdə işləyərək Çinin şimalında, Shijiazhuang şəhərində yerləşən Yeli kəndində ağac əkirlər, mashable.com saytı yazır.
Katarakta səbəbindən sol gözü görməyən Jia Haixa, iş qəzası nəticəsində sağ gözünün nurunu itirdiyi üçün indi tamamilə görmür.
Dostlar birlikdə yerli orqanlara müraciət edərək çay boyu 7.5 acre (30.35 m2) ərazi götürüblər. Onlar ümid edirlər ki, hər il orada 1000 ağac əkəcəklər və bu işi on il davam etdirə biləcəklər.
Əlillik səbəbindən fərdi olaraq özlərinə iş tapmaqda çətinlik çəkən dostlar ağac əkməklə pul qazanırlar. Onlar bu işləri ilə həm də gələcəyə ekoloji cəhətdən böyük töhfə verəcəklərini düşünürlər.
Xoşbəxtlikdən yerli hakimiyyət dostlara xeyirxah jest edərək onlara pulsuz kirayə qalmağa şərait yaradıb.
Şəkillərin müəllifi çinli fotoqraf, CORBIS-dir.
Qolları olmayan Jia Wenqi görmə məhdudiyyətli dostu, Jim Haixa-ya rəhbərlik edir
Jim Haixa dostunun köməkliyi ilə körpüdən qarşı tərəfə keçir
Jia Wenqi budaqları kəsən yoldaşını izləyir, onu istiqamətləndirir
Jia Wenqi tingləri sulamaq üçün ayaqlarından istifadə edir
Jia Wenqi körpüdən qarşı tərəfə keçərkən dostunu, yol yoldaşını belində daşıyır
Jia Wenqi görmə məhdudiyyətli dostu Jim Haixa-nın budaqları kəsməsi üçün ağaca çıxmasına kömək edir
Jia Wenqi qarmağı ayaqlarının köməyilə dostuna uzadır
Ağac əkməyə ara verəndə iki dost birlikdə çörəklərini yeyir
Ecazkar ikili, hər cür çətinliyə birlikdə sinə gərir. Bir-birlərinin əli, gözü olur



