Tokionun kənarında yerləşən Fuji uşaq bağçası yalnız uşaqlar üçün dizayn edilmiş sehirli bir mühitdir. Paytaxtda yerləşən Tezuka İnşaat firmasının oval tavanlı dizayn etdiyi məktəb uşaqlar üçün böyük oyun meydançası və sinif otaqlarının içərisindən bitən ağaclardan ibarətdir.
Uşaqların özünü uşaq kimi hissə etməsi üçün siz bunu necə tikdiniz? TED Talkda bu suala cavab verən Takaharu Tezuka deyir: Uşaq kimi düşün. O deyir ki, bu işi görmək üçün "onun cisminin bir hissəsi olan” 12 və 9 yaşlı oğlu və qızından ilhamlanıb. Uşaqlar böyüdükcə onların vərdişləri və arzuları həyat yoldaşı, Yui ilə birlikdə məktəbi dizayn etmək üçün müəyyən bir istiqamət verdilər.
Oyun meydançası uşaqlara həmişə qaçmaq imkanı yaradır
Biz məktəbi dairə formasında, sonsuz dövriyyə formasında dizayn etmişik. Biz bu işə yeni başlayanda heç bir anlayışım yox idi. Digər uşaq bağçalarını öyrənmək avtomobilin arxa görüntülü güzgüsünə baxmaq kimi bir şeydir: Hətta sən çox yaxından baxsan belə qabağınında bir şey görə bilmirsən.
Uşaqlar sinif otağına sürüşərək daxil ola bilər
Biz damdan pilləkənlərin aşağısına qədər torpaqdan qum təpəsi düzəltdik- bu pilləkənləri qısaltmaq üçün bir fənddir. Sonra uşaqlar çirki götürüb ondan palçıq kasası düzəltməyə başladılar – 600 uşaq palçığı götürdükdən sonra təpəcik yoxa çıxmağa başladı! Məktəb inşaat şirkətindən palçığı geri gətirməyi xahiş edir. (Torpaq bərk olduqca uşaqlar onu evə aparmağı dayandırdılar.) Sürüşmək üçün yeri görürsünüz? Bilirəm ki, uşaqlar sürüşməyi sevir, amma mən həqiqətdə bunu etməyə maraqlı deyildim. Çünki bu uşaqlara nə edib etməyəcəyini deyir. Alətlərsiz olanda uşaqlar özləri oyun yaratmağı düşünürlər. Lakin sonda biz onu saxladıq: bizə yanğın çıxışı lazımdır.
Təhlükəsizlik tapşırıqları çox ağıllı düşünülüb
Dünyada baş verən böyük zəlzələlərin 10 faizi Yaponiyanın payına düşür, ona görə də uşaqlar bu tapşırıqları öyrənməlidirlər. Uşaqlar pambıq papaqları masanın altından götürürlər ki, zəlzələ anında nəsə başlarına düşsə bu papaq onların başlarını qorusun. Bu tipik Yapon düşüncəsidir.
Qeyri-insani heyvan olmaq təşviq olunur
Yaponiya tikinti məcəlləsinə görə, sürahilər vertikal şəkildə olmalı və barmaqlıqlar bir-birindən 100 millimetr aralı olmalıdır ki, uşaqlar başlarını o barmaqlıqların arasından keçirdə bilməsin. Lakin onlar ayaqlarını bu barmaqlıqlardan keçirdə bilirlər və uşaqlar ayaqlarını yelləməyi sevirlər. Şimpanzelər də eynisini edir – bu bir növ instinkdir. Onların bu cür etməkləri gözəl görünür.
İstənilən əşya oyuncaq ola bilər
Biz ağacların hamısının əhatəsini tikməli idik. Bu asan deyildi –ağacların kökü ətrafında geniş tac kimi yayıldığına görə biz onu kəsə bilməzdik. Biz deşiklərin ətrafında tor düzəltdik ki, şagirdlər oraya yıxılmasın. Ancaq mən uşaqları tanıyıram və onlar torla oynamağı sevirlər. Onlar nə vaxt yellənçək görürlərsə onun içinə atlanmaq və silkələmək istəyirlər. Bu uşaqlara oynamağın başqa yolunu göstərmək üçün bir bəhanə oldu.
Gizlən-qaç oyunu üçün şüşəli dam
Uşaqlar damdakı şüşədən baxmağı sevirlər. "Mənim dostum haradadır?” "Aşağıda, sinif otağında nə baş verir?” Aşağı baxanda həmişə görürsən ki, uşaqlar aşağıdan yuxarıya baxır. Güman ki burada diqqətin yayınması baş verir. Sinif otaqları arasında divarlar olmadığına görə səs bir sinif otağından digərinə, içəridən çölə sərbəst keçir. Biz hesab edirik ki səs-küy vacibdir. Uşaqları sakit bir yerə qoyanda onlar əsəbiləşirlər.
Stul qatar ola bilər
Hər ay müəllimlər və uşaqlar sinif otağı mebelini yenidən düzəldirlər. Bu balaca qız və oğlan yeni konfiqurasiya düzəldirlər amma bu faydasızdır! Onlar düzəltmək əvəzinə qatar oynayırlar. Biz sinif otaqlarını "kiri” adlanan yumşaq ağacdan hazırlanan 600 qutu ilə doldurduq. Əgər uşaqların başı küncə dəysə bu onların başlarını zədələnməyəcək.
Su ilə söhbət yeri
Bu günlərdə yapon uşaqları kompüterlərlə danışır. Mən bundan xoşum gəlmir. Mən fikirləşdim ki, əgər hər bir sinif otağının içinə su yumaq üçün quyu qoysaq onlar məcbur olub bir-biriylə danışacaqlar. Yaponlarda belə bir ifadə var: ido bata kaigi, mənası "quyu ətrafında iclas” deməkdir. Qadınlar məlumat mübadiləsini adətən su gətirməyə gedəndə edirdilər. Mən də istəyirdim ki, uşaqlar eynisini etsinlər.
Uşaqlar sinif otağına dırmaşa da bilər
2011-ci ildə biz məktəbə əlavə olaraq iki sinif otağı və bir neçə oyun meydançası tikdik. Biz onu "Ağac ətrafında halqa” adlandırdıq. Çünki memar Peter Cook bağçaya baş çəkəndə dedi ki, bura ona "Rozi ətrafında halqa” mahnısını xatırladır. Mən fikirləşirdim ki, ağac binadan daha vacib olmalıdır və beləcə mən binanı mümkün qədər işıqlı etdim. Bu məktəbdə uşaqlar ağaclara dırmanmağa ruhlandırılır. Əgər uşaq kifayət qədər güclüdürsə, o pilləkansız da yuxarı səviyyələrə çata bilər. Başqa məktəblər bunu edə bilmirlər. Ancaq burda prinsip odur ki, uşaqlar öz hüdudlarını bilirlər. Onlar dayanmaq lazım olduqları zaman dayanırlar.
Mənbə: ideas.ted.com
Tərcümə etdi: Kamran Əliyev