Oyuncaq istehsal edən şirkət, Lego əlil arabalı insan oyuncağını yayda satışa çıxaracaq.
Inclusivenews.org-un BBC Azərbaycanca-ya istinadən xəbər veiri ki, ilk dəfədir Lego əlil insan fiqurunu oyuncaq etmək qərarına gəlib.
Lego-nun yeni fiquru başında dəbli papaq olan əlil arabası istifadəçisidir. Onun yanında bələdçi it də var.-
Lego birinci başlayıb
Şirkətin bu qərarı verməsinə Rebecca Atkinsonun başlatdığı kompaniya səbəb olub.
#ToyLikeMe hashtag-li kampaniya Lego-ya lobbi təsiri göstərərək, onun bütün dünyada 150 milyon əlil uşağı əks etdirən daha çox fiqurlar istehsal etməsinə çalışır.
Qrupun Lego-ya ünvanlanmış 20 min imzalı petisiyasında, ondan uşaqlar arasında əlilliyi əks etdirən daha çox fiqurlar buraxılması istənilir.
"Biz istəyirik ki, əlillik xəstəxana divarları arasından çıxıb əyləncə dünyasına qovuşsun”, kampaniyanın yaradıcısı Rebecca Atkinson deyir. Onun özü qismən eşitmir və bir gözü zəif görür.
Xanım Atkinson Lego xəbərlərindən çox ruhlanıb.
"Lego, nəhayət bizim arzumuzu həyata keçirərək 150 milyon əlil uşaq, onların ata-analarının, itlərinin və hətta dağ siçanının fiqurlarını hazırlayıb. Biz çox, lap çox şadıq”, Atkinson mətbuat konfransında deyib.
Oyuncaq inqilabı
Bu iki fiqur şirkətin yeni City adlı seriyasına aiddir. Südəmər çağa da daxil, bu seriyadan olan fiqurlar satışa iyun ayında çıxacaq.
Bu fiqurlar ilk dəfə Nürnberq oyuncaq yarmarkasında görünüb.
Lakin indi də Lego-nu "əlil stereotiplərini saxtalaşdırmaqda” ittiham edirlər. Çünki əlil arabasındakı şəxs yaşlıdır.