Bu gün Bakı İdman sarayında Boccia üzrə 3-cu "SENİ KUPASI" turniri keçirilib.
Builki yarışda digərlərindən fərqli olaraq Daha cox 60-a yaxin idmançı mübarizə aparıb. Açılış mərasimində möhtərəm qonaqların çıxışları turnirə gələnlərə xos anlar yaşadıb.
Boccia - mənşəyi İtaliyadan gələn Bir idman oyunudur. Bu idman növü 1984 CÜ ildən Paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanıb. BOCCIA artıq 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir.BOCCİA idman növündə bütün, ağır kateqoriyalı (Uşaq serebral ifliçi, əzələ distrofiyası, travması beyin, dayaq-hərəkət aparatının pozulması) əlillik dərəcəsi Olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya bilər.
Artıq ölkəmizdə də kifayət qədər məhşurlaşan bu idman növünə maraq gündən günə Artır. Bu ilki turnir Milli Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunub. ümumilikdə BOCCIA üzrə 3-Cu "seni CUP" 60-a yaxin idmançı olmaqla 9 Komanda BC1, BC2, BC3, Fc4 və Fc5 kateqoriyaları üzrə yarışıblar.
Maraqlı mübarizə şəraitində keçən turnirin yekununda Qalib gələnlərə madalya və müafatlar verilib.
Inclusiwenews.org / Orxan Əliyev