Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Əsas milli komandamızDÇ-2018-in seçmə mərhələsinin 2-ci turunda ilk evmatçına çıxıb. C qrupunda mübarizə aparan komandamızBakı Olimpiya StadionundaNorveç yığmasını qəbul edib. İlk turda səfərdə San-Marinonu məğlub edən futbolçularımız uğurlu oyunu doğma meydanda da davam etdiriblər.
İlk hissənin 11-ci dəqiqəsində Ağabala Ramazanovun ötürməsindən sonra Maksim Medvedev dəqiq zərbə ilə hesabı açıb. Bu qoldan sonra qonaqlar hücularını artırsalar da Kamran Ağayevi məyus edə bilməyiblər. İlk hissə milli komandamızın 1-0 hesablı qələbəsi ilə başa çatıb.
İkinci hissəyə də qonaq komanda sürətli hücumlarla başlayıb. Amma futbolçularımız hesabı sona qədər qoruyub saxlamağı bacarıb. Bununla da qrupda ikinci qələbəsini qazanan milli komandamız qrupda xalını 6-ya çatdırıb.