Sağlam ağaclar xəstə ağacların kökləri ilə sarmaşaraq onları tam sağalda bilir.
Kanada, İtaliya və Britaniya mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyən ediblər ki. ağaclar bir-biri ilə ünsiyyət yarada bilirlər.
Bu barədə "Daily Mail" agentliyi yazıb. Alimlər sözlərinə görə, əgər ağaclar ünsiyyət saxlaya bilirlərsə deməli onların şüuru da olmalıdır.
Həmçinin tədqiqatçılar bildiriblər ki, sağlam ağaclar xəstə ağacların kökləri ilə sarmaşaraq onları tam sağalda bilir. Bundan əlavə ağac və müxtəlif bitkilər kimyəvi reaksiyalar və elektrik impulslar vasitəsilə ünsiyyət qururlar.
Hazırda mütəxəssislər ağacların süur sahibi olduqlarını tam sübut edəcək tədqiqatlar üzərində işləyirlər.
Inclusivenews.org