Bir dəfə, təxminən gecə saat iki radələri olardı, iki dostumla oturmuşduq kafedə. Söhbət edirdik. Dostumun biri elə oturduğumuz kafenin sahibi idi. Söhbət əsnasında bəlli oldu ki, heç birimiz hazırda fəaliyyət göstərdiyimiz sahə üzrə təhsil almamışıq, amma hər üçümüz öz sahəmizi illərlə işləyib öyrənməklə azdan-çoxdan sözümüzü demiş adamlarıq.
Sonra o biri otaqdan yarı çılpaq bir qız çıxdı, diqqətlə bizə baxdı. Cazibədar addımlarla bizə tərəf gəlirdi ki, tez gözlərimi yumdum. Açanda gördüm qız yoxdu… Əslində heç belə qız söhbəti olmamışdı, sadəcə yazının davamını oxumanız üçün bir az rəng qatıram. Axı insanımız bu gün intim mövzuları daha çox oxuyur.
Amma bu yazını ciddiyə alıb diqqətlə oxusanız daha çox şey qazanmış olarsız. Nə isə… mənə bu söhbətdə maraqlı gələn o oldu ki, əgər hər üçümüz çalışdığımız sahədə fəaliyət göstərmək üçün təhsil almamışıqsa, insanlar niyə hər hansı bir peşəyə yiyələnmək üçün 11 il məktəbə, daha sonra 4 il universitetə gedir?
Bilirəm, hazırda diplomu olan hər kəs məqalənin bitməsini gözləyir ki, balta mişarla üzərimə hücum etsin, amma mən qətiyyən demirəm ki, o diplom lazımsızdı. Xeyir!! Düz eləmisiz almısız. Imkan olsa mən də ondan bir-iki dənə istəyərəm. (: Mən başqa şey demək istəyirəm.
Tarakanların içalatını öyrənməyə həsr olunan 6 il..
Məncə burada maraqlı olan tərəflər var. Məsələn: Deməli, kiməsə maraqlıdır ki, dünyaya gələn hər bir uşaq 11 il məktəbə getsin, 17 yaşına qədər başı qarışsın və bu zaman ərzində hansısa bir işə başlaya bilməsin. Məktəbi bitirsin və 4 il də universitetə getsin. Adamın oldu 21 yaşı. Hələ də bir işə başlaya bilmir. Əgər oğlandırsa, universitet həyatı bitdikdən sonra bir il də əsgərlik, elədi 22 yaş. Qayıdandan sonra da bir iş tapmaq. İş tapan kimi ailə qurmaq… 30-a yaxın yaşda artıq adam sistem qurbanı olur. Yəni, sistemi elə qurublar ki, sən bu periodu mütləq keçməlisən. Başqa yolun yoxdu! Bu təhsil sistemi və rejimi ilə də çətin kimsə yeniyetmə yaşlarında nə isə yaratsın, nə isə ixtira etsin və ya artıq hasısa sahədə peşəkar olsun. 100 nəfərdən biri bunu edə bilər ya etməz. 11 il o lazımsız məktəbi mütləq oxumalısan, yoxsa səni heç yerdə adam yerinə qoymazlar.
Niyə görə lazımsız deyirəm? Çünkü əgər sən maksimum VI sinifə qədər yazmağı, oxumağı, dünyanın gedişatını dəyişdirən ixtiraları, dəyişən şəxsləri və s. bütün önəmli olan məlumatları VI sinifə qədər öyrənə bilərsənsə, qalan 4 ili sən niyə vaxt itirəsən axı? Niyə sənə ilk 6 ildə tarakanların içalatını, nə bilim yalnız şiddət, zorakılıq təbliğ edən saxtalaşdırılmış tarix və s. ömrün boyu istifadə etməyəcəyin bilikləri öyrənəsən? Tamam, elementar riyaziyat bilikləri: toplama, çıxma, bölmə və vurmanı öyrətsinlər. Amma riyaziyatçı olmayacağın, əlinin altında elektron hesablayıcı olduğu halda 70-ci ildə (70-ci ili misal olaraq dedim, çox ciddiyə almayın (: ) hansısa bekarın icad etiyi riyaziyat düsturunu əzbərləməlisən. Hələ üstəlik əzbərləməsən sinifdən sinfə keçə bilməyəsən? Axı sən riyazıyatçı olmaq niyyətində deyilsən. Olmaz ki, bu riyaziyyat əvəzinə sənə seçəcəyin sahənin xırdalıqlarını öyrətsinlər?
Yəni, sənə gələcəkdə seçməyəcəyin ixtisasın, peşənin elementar biliklərini öyrətmələri əvəzinə o peşələrin, ixtisasların xırdalıqları ilə sənin beynini niyə yorurlar? Niyə səni bu qədər məşğul edirlər? Axı bunları etməsələr sən daha yeniyetmə olduğun çağlardan sırf bəyəndiyin hər hansı bir peşənin xırdalıqlarını, incəliklərini, dərinliklərini öyrənərək 17 yaşına çatanda peşəkar ola bilərdin.
Oxumamış alim olanlar..
Əgər sən məsələn, atıram, texnologiya sahəsində 4 il universitet oxuyub bitirdikdən dərhal sonra hansısa mobil telefonu ya da televizoru söküb yığa bilmirsənsə, bunun üçün hələ bir il peşəkarın yanında təcrübədən keçmək əvəsizə olmaz ki, elə 13 yaşında məktəbi bitirib 1 il sevdiyin peşəni hansısa peşəkarın yanında öyrənəsən və beləcə maksimum iki ilə peşəkar olub 14-15 yaşında sevdiyin peşənin ustası olaraq çalışmağa başlayasan? Axı o zaman sən nə ailə qurmaq haqda düşünürsən, nə də "vaxt keçir, tez bir işə girim aylıq maaş alım” qayğısında deyilsən. O yaşda əgər həvəsin varsa, hanısa sahəni çox sevirsənsə, sən daha həvəslə, daha təmiz beyinlə öz sahəndə mükəmməl yaradıcılıqlara imza ata bilərsən. Daha illərlə lazımsız, sahənə aid olmayan şeyləri oxuyub 22 yaşa çatanda yorulmursan.
Sizlik bir məsələ yoxdur! Sistemi elə qurublar ki, məcburuq məktəbə də gedək universitetə də. Sizə aid başqa şeylər var, onu da irəliləyən sətirlərdə yazacam. Dediyim kimi, elə sistem yaradılıb ki, sanki insan bu 15 illik təhsili almasa yüksək uğurlara imza ata bilməz. Amma əslində heç də belə deyil.
Məsələn, sizin 100 dollarlıq əskinasın üzərində gördüyünüz ağsaqqal "Benjamin Franklin” bir ailənin sahib olduğu 15 uşaqdan sadəcə biri idi, Buna görə də o, 2 il Boston latın məktəbində oxuduqdan sonra 10 yaşında məktəbdən çıxır və işləyərək ailəsinə kömək etməyə başlayır. Lakin bu ona gələcəkdə siyasətçi, diplomat, yazar, nəşriyatçı və Amerikanın qurucularından biri olmağına mane olmadı.
Götürək dünyanın ən populyar sosial şəbəkəsinin sahibi olan Mark Zuckerbergi. Harvard Universitetində oxuyan Mark, ali təhsilini yarımçıq qoyaraq universiteti tərk edir. 2008-ci ildə isə dünyanın ən gənc milyarderi olan Markın kapitalı $1,5 milyard təşkil edir.
Forbes jurnalının nə az, nə çox düz 27 dəfə dünyanın ən zəngin adamı elan etdiyi Microsoft şirkətinin yaradıcısı Bill Geyts də şirkəti yaratmaq üçün Harvard Universitetində təhsilini yarımçıq qoyub.
Təhsil yaxşı şeydir, əmmalar olmasa
Siyahını daha da uzatmaq olar. Lakin bu yazıda əsasən iki mesajı çatdırmaq istəyirəm, amma konturum çatmasa "iksn br msja yrlşdrcm”