Fransada təşkil olunan Futbol üzrə Avropa Çempionatı öz axarı ilə davam edir.
Artıq mudialda qrup mərhələsinin 2-ci turu da sona yaxınlaşır. Bir neçə favorit komandalar artıq növbəti mərhələyə yüksəlib. Hələ turnir başlamamışdan bir neçə müddət qabaq mudiala son anda möcüzəli bir şəkildə qrup mərhələsinin ən yaxşı üçüncü komandası kimi vəsiqə qazanan Türkiyə millisinə ümidlər çox böyük idi.
Bizdə bir atalar sözü var, "sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” bu sözləri tam mənada Türkiyə millisinə aid etmək olar. Hələ Çempionatın başlamasına bir neçə ay qalmış bütün Türkiyə tək ürək olub "ay-ulduz”lu milliyə dəstək oldular. Müxtəlif mahnılar yazıldı, maraqlı reklam çarxları çəkildi və dah bir neçə maraqlı layihələr oldu. Hamı əlindən gələni edirdi ki, Fatih Terimin yetirmələrinə dəstək olsunlar. Bizim ölkəmizdə də Türkiyə millisinə dəstək olanların sayı çox idi. Bu inamı yaradan başlıca səbəb o idi ki, "ay-ulduz”milli komanda türk ruhunu meydanda göstərib oynadığı zaman bu komandanın qarşısını heç kim ala bilməzdi. Biz bunu hələ 2002-ci li Dünya çempionatında görmüşdük. O zaman Türkiyə millisi Dünya üçüncüsü olanda da əsil türk ruhunu, türk xaraterini ortaya qoymuşdu. Daha sonra isə 2008-ci ildə Avropa Çempionatıdakı uğurlu çıxışlar bütün türk dünyasına sevinc bəxş etmişdi. Elə bütün bu uğurlardan sonra Fransadakı mundialda Türkiyə millisindən gözləntilər yüksək idi.
Və artıq o an gəlib yetişdi. Türkiyə millisi Avropa Çempionatının qrup mərhələsində ilk oyununu keçirdi. İlk oyun isə əzəli rəqibi olan Xorvatiya millisi idi. Ona görə əzəli rəqib idi ki, hələ 2008-ci il Avropa Çempionatını 1/8 final mərhələsində "ay-ulduz”lu milli rəqibini məğlub edə bilmişdi. O görüşdən sonra də bir-birləri ilə qarşılaşan millilər ilk oyunuda də üz-üzə gəldilər. İlk oyunda çox zəif oyun göstərən Fatih Terimin yetirmələri bu oyunda 1-0 hesabı ilə məğlub oldular. Bu məğlubiyyətdən sonra başda kapitan Arda Turan olmaqla bir çox futolçular potensiallarından qat-qat aşağı səviyyədə bir oyun göstərdilər. Amma bütün bunlara baxmayaraq türk azarkeşləri ümidləri hələ də qalırdı. Onların bir yaxşı sözləri də var "Biz bitdi demədən heç nə bitməz”. Amma deyəsən bu dəfə hər şey daha tez bitəcəkdi. Bütün türk dünyası ilk oyundakı məğlubiyyəti unudub ikinci oyun haqqda düşünürdülər. İkinci oyun isə daha məsuliyyətli bir oyun idi. Rəqib son Avropa Çempionu İspaniya millisi idi. Tük azarkeşlər nə qədər də ümidli olsalar da bir reallıq var idi ki, bu oyunda "ay-ulduz”lu millinin 1 xal qazanması belə uğur sayıla bilərdi. Amma sən saydığını say gör İspaniya millisi nə sayır. Artıq ilk hissədəcə oyunu taleyini həll edən ispanlar, bu oyunda böyükhesablı qələbə qazandı. Bu qarşılaşmaya ölkəmizdə də maraq çox böyük idi. Oyunun gedişində Millət vəkili Adil Əliyev də öz şəxsi profilində maraqlı bir paylaşım edib: "Türkiyə millisinin belə acınacaqlı vəziyyətdə olmasına çox üzülürəm, rabitesiz oyun nümayiş etdirirlər. Tecili Burak Yılmazı ve s. oyunçuları dəyişməsə, nəticə bundanda artıq acınacaqlı olacaq”… Bu yazı da onu göstərir ki. Türkiyə millisinə ümidlər çox böyük idi.
Oyunun sonlrında türk şərhçisinin ümidli olması məni çox təəccübləndirdi. O, hələ də millisinin ən yaxşı üçüncü komanda kimi növbəti mərhələyə yüksələcəyinə ümid edirdi. Amma reallıq burudur ki, iki oyuna 4 top buraxıb, 1 top belə vura bilməyən bir milli son oyunda Çexiyanın qapısından ən azı 5 cavabsız qol necə keçirəcək? Bu sualın cavabı isə mənim kimi hər kəsi, əsas da Fatih Terimi düşündürür məncə.
Orxan Əliyev