SİMG Peşə Reabilitasiya Mərkəzində keçirilən mozaika kursları başa çatıb və tələbələrin əl işləri satış sərgisində nümayiş olunub.
15.04.2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Türk İşbirliyi Koordinasyon Ajansı (TİKA) ilə birgə layihəsi olan "Mozaika kursu” sona çatdı və əl işlərinin satış-sərgisi keçirildi.
Qeyd edək ki, mərkəzin 18 nəfər gənci bu kursu keçməklə mozaika sənətinə yiyələndi.
Kursun təşkilinə görə TİKA-nın rəhbərliyinə və mozaika üzrə mütəxəssis Aslı Koçer xanıma təşəkkür edirik.
Şəkillərin müəllifi: Arabaçı Tv