Hillari Klinton öz internet saytında əlil insanlar üçün səhifə yaradıb.
Beləliklə o, Amerika Birləşmiş Ştatlarında əlillərə diqqət ayıran ilk və yeganə Demokrat namizəd kimi tarixə düşüb. Saytda deyilir ki, əlil insanların hüquqlarının işıqlandırılması təşviqat kampaniyasının əsas məsələlərindən biridir: "Biz bütün Amerikalılar üçün imkanları genişləndirməyi davam etməliyik.”
RespectAbilityUSA-nın verdiyi xəbərə görə, səhifə yaratmaqla kifayətlənməyən Hillari Klinton, təşviqatının auditoriyasını genişləndirmək üçün Jeb Buşun başlatdığı kompaniyaya da qoşulub. Bu ona öz videolarını hər bir əlil insan üçün müyəssər edən başlıqlardan istifadə etmək imkanı qazandırıb.
Hər halda, Hillari Klintonun bu sahəyə bu qədər önəm verməsi təsadüfi deyil. Ömrünün çox hissəsini bu insanlara həsr edən namizədin təşviqat kompaniyasının saytında onun, Uşaqların Müdafiəsi Fondundakı fəaliyyəti, Dövlət Katibi olduğu zaman ölkəsinin BMT- "Əlilliyi olan Insanların Hüquqlarının Konvensiyası”na qoşulması üçün göstərdiyi cəhdlər ətraflı təsvir olunub.
Araşdırmalara görə, ABŞ-da 56 milyon (ümumi əhalinin 5.7 %) əlil insan yaşayır. Amerikalıların 50 %-dən çoxunun hesabatına görə, onların ailəsində və ya yaxın dostlarında əlilliyi olan insan var. Partiyalar arasında aparılan sorğular isə daha maraqlı mənzərə yaradıb. Demokratların 52 %-i özlərində və sevdiklərində əlilliyin olduğunu deyiblər. Respublikaçılarda isə bu rəqəm daha az, 44 %-ə bərabərdir. Müstəqil səs verənlərin böyük bir qismi, 58% əlilliyi olduğunu deyib.
ABŞ Əlillik Aktının qəbulundan 25 il keçməsinə baxmayaraq Hillari, bu sahədə hələ də çoxlu işlərin görülməsinin vacib olduğunu deyərək, əlilliyi olan insanların mənalı və gəlirli işlə təmin olunmasının zəruriliyini xüsusi vurğulayıb: "Amerikalı əlilliyi olan insanlar işçi qüvvəsindən kənarda qalır. Işlə təmin olunanlar isə onların istedadını üzə çıxarmağa imkan verməyən aşağı stimullu işlər görürlər.”
Ümumilikdə, hər beş amerikalıdan birinin əlilliyi var və ictimai sorğular göstərir ki, onların çoxu işləmək istəyir. İşləmək qabiliyyəti olan Amerikalı əlilliyi olan insanların 70 % işçi qüvvəsindən kənarda qalıb. Bu isə yoxsulluğa gətirib çıxardır və vergi ödəyicilərinin milyardlarla dollar xərclərinin əlillərin mənafeyinə xərclənməsi deməkdir. "Məşğulluluğun icra edilməsi və real əmək haqqlarının əlilliyi olan insanlara verilməsi bitərəflərin məsələsi və prezidentliyə namizədlərin əsas danışıq mövzusu olmalıdır. Biz etiraf etməliyik ki, əlilliyi olan insanların cəmiyyəti bizim ölkəni daha yaxşı tərəfə dəyişməkdə mühüm bir rol oynayır.” Amerika Əlillik Aktının 25-ci il dönümü zamanı Klinton çıxışında bu fikrə xüsusi işarə vurmuşdu.
Hillari Klintonun bu addımını təqdirəlayiq hesab edən bir sıra media nümayəndləri onu digər prezidentliyə namizədin təşviqat kompaniyası ilə müqayisə etməyə başlayıblar. Respectability-nin yaydığı xəbərə görə, Sandersin rəsmi təşviqat saytında əlilliyi olan insanlara həsr edilən səhifə ümumiyyətlə yoxdur. Könüllülərin idarə etdiyi saytda yalnız – təminatların müxtəlifliliyi, veteranlar üçün " kompleks səhiyə və pensiyalar, əlilliyi olan insanların məşğulluğuna dair mövzular yer alıb. Buna baxmayaraq media nümayəndələri tezliklə bütün namizədlərin- Demokratlar və Respublikaçılar- saytlarında əlliliyi olan insanların məsələrinə həsr olunan səhifə yaradacaöına inamını da itirmir.
Tərcümə etdi: Kamran Əliyev