Britaniya oyuncaq istehsalçısı Meykis əlilliyi olan gəlinciklər istehsal edib. Onlar "Toy Like Me” sosial media kampaniyasından ilhamlanıblar. Bu kampaniya oyuncaqları daha real insanlara bənzədərək müxtəlif əlilliyi olan uşaqların valideynlərini oyuncaqlara uyğunlaşmağa ruhlandırdı. Nəticələr sonradan onlayn şəkildə yayımlandı.
Dünyanın müxtəlif yerlərindən insanlar real ev gəlinciklərinin şəkillərini paylaşırdılar və tezliklə "Toy Like Me” kampaniyası yayılmağa başladı. İndi isə bu trendi dəstəkləyərək əlilliyi olan uşaqların özlərinə daha çox bənzəyən gəlinciklər yaratmağına dəstək verməsi istehsalçıdan asılıdır.
Şəkillər gəlməkdə davam edir və bu göstərir ki, həqiqətən də valideynlər oyuncaqların yaradılmasında və əlilliyi olan uşaqlara aid olmasında böyük bir irəliləyiş ediblər.
"Toy Like Me” kampaniyasının uğurunun ardınca Meykis eyni adlı kuklalar istehsal etməyə başladı.
3D çap etmə texnalogiyasından istifadə edərək şirkət eşitmə, hərəkət etmə apparatı hazırladı və üzdə xalları olan gəlinciklər yaratdı.
Meykis əlil arabası üzərində, həmçinin onların sahiblərinə uyğunlaşdırılmış dizaynla olan gəlinciklər üzərində işləyirdi. Bu isə o deməkdir ki, valideynlər hər hansı kömək olmadan özləri uşaqlarının cizgilərinə uyğun xüsusi gəlinciklər yaratmağa qadir olacaqlar.
Uyğunlaşdırılmış eşitmə apparatı, qulaqcıqlar, hətta bələdçi itləri belə sifariş etmək mümkün olacaq.
Şirkət ümid edir ki, uşaqların bu cür oyuncaqlarla təmsil olunması cəmiyyətin inklüzivliyinə daha çox müsbət təsir edəcək və əlilliyi olan uşaqlar mümkün və təbii olmayan "gözəllik standardlarını” izləməyə son qoyacaqlar.
Bright Side uşaqların xoşbəxt edən bu təşəbbüsü alqışlayır. Bu layihəyə qatılaraq fərqlilik yaratmaq istəyənlərə bu linkə daxil olması xahiş olunur.
Tərcümə etdi: Kamran Əliyev