"Qarabağ” Gəncəni qalib tərk etdi: 3:2
Gəncədə start götürən Topaz Premyer Liqasının V turunun oyunlarına start verildi. Meydanda ilk üz-üzə gələn "Qarabağ” və "Kəpəz” komandaları oldu. İlk qol oyunun favoriti sayılan "Qarabağ”dan gəldi. "Kəpəz” hesabı ikinci hissədə bərabərləşdirə bildi. Öz qapısında daha 2 qol alan "Kəpəz” fərqi son anda azaldaraq oyunu 3:2 hesabı ilə bitirdi.
Meydanı məğlub tərk etməsinə baxmayaraq gəncəlilərin azarkeşlik çoşqusu oyunu izləyən "Qarabağ” azarkeşlərini belə riqqətə gətirib. "Elnaramedia” nın Gəncəyə ezam olunan idman üzrə xüsusi müxbiri Orxan Əliyevin verdiyi məlumata görə meydanda 15 minə yaxın azarkeş toplanmışdı. 2 illik fasilədən sonra meydana çıxan "Kəpəz”ə çoşqu ilə azarkeşlik edən gəncəlilər komandada ruh yüksəkliyi yaratmağa nail oldular.
"Bakcell arenada” keçirilən ikinci matçda "Neftçi” və "Xəzər Lənkəran” komandaları üz- üzə gələcək. 4 oyundan 7 xal toplayan "Neftçi” öz meydanında qələbə qazanmağa çalışacaq. FİFA-nın transfer qadağasından canını qurtara bilməyən "Xəzər Lənkəran” da paytaxta qələbə iddiası ilə təşrif buyurub. Meydanda futbolçu həyəcanını yaşayan Samir Əliyev isə bu dəfə həyəcanı baş məşqçi kimi keçirəcək.
Topaz Premyer Liqası
V tur
20 sentyabr (bazar)
"Kəpəz” – "Qarabağ” – 2:3
Qol: Bəxtiyar Soltanov, 49, Şəhriyar Rəhimov, 90 – Coşqun Diniyev, 38 (pen.), Armenteros, 50, Elvin Məmmədov, 75 (pen.)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
Gəncə şəhər stadionu
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 77. Ziyabil Məmmədov
Baş məşqçi: Şahin Diniyev
"Qarabağ”: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo, 20. Riçard Almeyda, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov, 90. Samuel Armenteros
Baş məşqçi: Qurban Qurbanov
21:00. "Neftçi” – "Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
"Bakcell Arena”
Orxan Əliyev