Yaşıl meydana öncə "Qəbələ” kulubu çıxacaq. Futbolçularımız liqanın C qrupunda "Borussiya Dotmund”u qəbul edəcək. Son 5 oyundur doğma meydanda qol buraxmayan əyalət təmsilçimiz, uğurlu seriyasını davam etdirməyə çalışacaq.”Bakcell Arena”da keçiriləcək matçın start fiti yerli vaxtla saat 20:00-da səslənəcək.
Oyundan sonra Azərbaycan çempionu meydana çıxacaq. Son çepion "Qarabağ” Monakoda eyni adlı komandanın qonağı olacaq. Görüşdə "Qarabağ” 3 xalla qrupda tutduğu II yeri qorumağa çalışacaq. Monakoda "Lui II” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00 da başlayacaq. Oyunlar Az tv və İdman tv ilə canlı yayımlanacaq.
22 oktyabr (cümə axşamı)
UEFA Avropa Liqası
Qrup mərhələsi, III tur
C qrupu
20:00 "Qəbələ” (Azərbaycan) – "Borussiya Dortmund” (Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç Bakı, "Bakcell Arena”
J qrupu
22:00 "Monako” (Fransa) – "Qarabağ” (Azərbaycan)
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen Monako, "Lui II” stadionu
Orxan Əliyev