Mərasimdə Azərbaycanın və İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində cülh və ümid haqqında universal hekayət təqdim edilib, İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən bəhs edilib.
Qobustanın qayaüstü rəsmləri ekranda göstərildiyi zaman Mina spiral strukturlardan asılan, ipək zolaqları ilə dövr edən digər dörd səhnə ustası ilə havaya qalxıb. Alim Qasımov minarənin zirvəsində azan oxuyub. Mina Heydər Məscidinə yollanıb. Əllərində fənər tutan yüzlərlə insan ona qoşulub. Hərəkət edən fənərlər sayəsində gözəl şəkildə işıqlandırılmış bəzəklər formalaşıb. Gündəlik həyatın bir hissəsi olan ənənələrinə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film ekranda nümayiş olunub. Çəkilişlər Azərbaycan, Avstraliya və Filippində aparılıb. Sonra yeni macəra başlayıb. Mina keçmiş zamana yollanıb və dünyanı gəzib dolaşıb, dahi şairləri görüb, planetimizdən kənar kainatı seyr edib. Mərasimin bu hissəsində 40-dan artıq heyvandan – atlar, dəvələr və ulaqlardan istifadə olunub. 70-dən artıq iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, qartal və şahin fiqurlarından ibarət səhnə göz qarşısında canlanıb. Mina ağ atın belində səhnəyə daxil olub. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdırb və sonra atlar paralel olaraq yan-yana keçiblər. Öz çərpələngini daşıyan Mina karvansaralarda tacir və səyyahlarla söhbət edib. Səhnədə nümayiş etdirilən böyük ölçülü kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlaməti olaraq göstərilib. Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş sisteminin böyük modeli yaradılıb. Uçan çərpələngində əyləşmiş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atıb və fil saatı işə düşüb. İlan aşağı əyilərək, mexanizmi hərəkətə gətirib və "Bilik” mərasimi bununla bitib.
Birdən birə qopan fırtına səhnədəki hər şeyi süpürüb aparıb Mina öz yolundan azıb. Simurqun lələyi Minanın köməyinə gəlib və onun dostları ildırım surəti ilə aşağı enərək, qızın imdadına yetişiblər. Mina öz çərpələngində Bakı üzərindən uçub, öz doğma şəhərinin yeni simasını görüb. Tanışlığa Xəzər dənizinin sahilində yerləşən Xalça Muzeyi ilə başlanıb. Ağ geyimdə səhnə ustası Heydər Əliyev Mərkəzinin hamarkonturlarını canlandırıb Şəhərdəki ondan artıq gözəl memarlıq nümunəsini gördükdən sonra görüntülər Bakı Olimpiya Stadionu ilə başa çatıb. Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçub. Yüz minlərlə kiçik altıbucaq çərpələng auditoriya üzərində dalğalanıb Yerdə və havada "yanar çarx” fişəngi alovlanıb və fırlanıb, stadion üzərində gecə səmasında atəşfəşanlıq başlayıb.
Hekayət başladığı məkana – sakit Filarmoniya bağına qayıdıb. Mina ürəkdolusu sevinclə babası ilə görüşərək babasına təşəkkür edib, çərpələngini yeni səyahətə yollayıb ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxıb və səmaya uçub. Mərasim stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitib.