Drezdendə keçirilən anti-islam yürüşünə 30 minə yaxın insan qatılıb. PEGİDA (Qərbin İsmalaşdırılmasına qarşı Patrion Avropalılar) partiyasının təşkil etdiyi yürüşdə əlil araba istifadəçiləri yürüşün önündə gedib. Digər iştirakçılar isə üzərində müxtəlif şüarlar yazılan plakatlarla onların arxasınca hərəkət edib belə deyilir.
Ruptly TV-nin verdiyi xəbərə görə, yürüş iştirakçıları Parisdə baş verən terorr aktına dəstək olaraq Angela Merkelin Avropada davam edən miqrant və qaçqın siyasətinə qarşı etiraz ediblər. Onlar Avropa sərhədlərinin qaçqın və miqrantların üzünə açılması siyasətini pisləyiblər. Belə ki, Parisdə baş verən terroru törədən İŞİD-in iki üzvünün Avropaya məhz qaçqınlarla birlikdə gəldiyini etiraf edib. Proqnozlara görə 2015 ilində Almaniyaya 1,5 milyon miqrantın gələcəyi gözlənilir.