İsrail televiziyalarının birində, yeni hazırladığı – baş hərəkətilə idarə olunan kompyuter oyunlarını təqdim edən Oded Ben Dova verilişdən az sonra qəribə zəngə gəlir: "Zəngin sıradan zarafat olduğunu düşünürdüm ki, o mənə ciddi suallarla müraciət etməyə başladı və beləcə mən onu dinlədim.”
Telefonun o biri tərəfində Ben Dova ilə danışan, İsrailin sabiq gəmi komandiri və mühəndisi Giora Livni idi. Ben Dova ilə söhbət edəndə o, artıq 7 il idi ki, iflic həyatı sürürdü. Tam 7 il: kiminsə köməyi ilə telefondan, kompyuterdən istifadə olunan, özəl həyat yaşamaqdan məhrum olan həyat. Beləliklə, Livni özəl həyatın qayıdış ümidilə Ben Dovaldan xahiş edir: "Mənim istifadə edə biləcəyim smartfon yarada bilərsənmi?”
Bu arzusunun reallaşması üçün Livni daha 2 il gözləməli olur. Sesame Phone adlanan gələcəyin smartfon telefonu məxsusi olaraq hərəkət məhdudiyyətli əlil insanlar üçün hazırlanmalı, Livni kimi istənilən insana yalnız başını hərəkət etdirməklə telefonun istənilən funksiyasından istifadəyə icazə verməli idi. Ben Dov və Livni startup layihələrini reallaşdırmaq üçün Indigego-da başlatdıqları kompaniyaya bir neçə ay ərzində 30 min dollar yığılır. Beləcə, insanların üz yoxlanışı ilə jestlərini texnoloji idarəetməyə çevirən ən son texnologiya yaranır.