Qeyri-adi hekayələr bu yay keçiriləcək "Tales of the Misunderstood" (Yanlış Anlaşılma Hekayələri) tədbirində iştirakçıların özləri tərəfindən təqdim ediləcək.
Ola bilsin ki, siz ayağınızı köpəkbalığı hücumu zamanı itirdiyinizi demisiniz və şefiniz, hansı ki, bu hekayənin həqiqət olduğuna inanıb, bunu hansısa toplantıda danışıb.
Bu da ola bilər ki, sən balaca boy insan olduğundan ofisiant sənə uşaq menyusu uzadıb.
Yaxud da həmkarlarınız və dostlarınız sizin terapistə getdiyinizi bildiklərinə görə danışarkən dəli və ya axmaq sözlərini qəribə şəkildə redaktə edərək deyirlər.
Əlbəttə, sizin hekayələriniz bu nümunələrdən də maraqlı ola bilər. Əlilliyi və ya psixoloji çətinlikləri olan, bunlardan dolayı başınıza gələn və reallığa söykənən hekayələrinizi ingilis dilində yazıb iyulun 9-na qədər [email protected] e-maile göndərə bilərsiniz.
Hekayələr seçildiyi halda iştirakçılar professional gülüş ustaları ilə çalışıb onları avqust ayında, Edinburgh Fringe Festival-da auditoriya qarşısında danışacaq.
Əgər hekayəniz varsa və onun söylənilməsi üçün üzərində işləməyə ehtiyac olduğunu düşünürsünüzsə, BBC Ouch komandası bu işdə sizə yardım edəcək.
Hekayə 7 dəqiqə davam etməlidir. Onu danışdığınız ərəfədə çıxışınız BBC üçün video lentə alınacaq.
İlk dəfə 2017-ci ilin mart ayında keçirilən tədbir sayca ikinci dəfə təşkil olunur
Hekayəniz bəyənildiyi halda Ouch komandası sizinlə əlaqə saxlayıb növbəti mərhələ haqda sizə məlumat verəcək.