"Autizmli uşağı olan ailə olaraq getdiyiniz təhsil müsəssisəsində qarşınıza çıxan məktəb idarəedicisi deyir ki, bizim məktəbdə belə dərs deyən müəllimlər yoxdur və sən də təhsil almağın ana qanun olduğunu deyərək dirəniş edib, məcburi formada övladını məktəbə qeydiyyata aldırırısan. Amma bir müddətdən sonra görəcəksiniz ki, qarşısnıza bir ailə çıxar və deyər ki, bizim uşaqları autizmli uşaqlarla birlikdə necə oxutdurursunuz?", millət vəkili deyib.
Millət vəkili həyat yoldaşı Tuğba və qızı Tuğçe ilə birlikdə keçirdiyi mətbuat konfransında autizmli uşaqların təhsil sahəsində yaşadıqları çətinliklərdən bəhs edib.
Sinif yoxdur
Millət vəkili deyib ki, qızı TEOG-da Qız texniki Anadolu Liseyinin imtahanından uğurla keçib və "böyük bir həyəcanla məktəbə gedəndə onlara deyiblər ki, Turizm ixtisası məktəbində onun qızı üçün xüsusi sinif yaradılıb.
"Biz də qəbul edib getdik. Ancaq məktəb müdiri bizə dedi ki, mənim bunun üçün bazam yoxdur. Mən normal uşaqlara sinif tapa bilmirəm, bu uşaqlar üçün də sinif yoxdur. Yəni, uşaqlar məktəbə qəbul olunur, amma təhsil alacaqları sinif yoxdur. Sinif olanda da müəllim yoxdur", millət vəkili qeyd edib.
Bundan sonra cənab Arık, Türkiyədəki bütün autizmli uşaqları olan ailələrin eyni problemi yaşamasına diqqət çəkib.
Autizmin reabilitasiyasında təhsilin xüsusi önəm daşıdığını vurğulayan millət vəkili deyib ki, bu uşaqlara həftədə ən azı 40 saat təhsil verilməli olduğu halda türkiyədə bu saat 2-yə bərabərdir.
Cənab Arık çıxında bütün autizmli uşaqları olan ailələr adından çağırış edib: "Bu uşaqların təhsil hüququnu əllərindən almayın. Təhsil ana qanundur və bu onların haqlarıdır. Bir ata olaraq mənim hədəfim qızımı universitet məzunu etməkdir."