"Yuxum" romantik komediyasının təkrar nümayişi baş tutacaq.
Səhnə əsəri U.Şekspirin "Yay gecəsində yuxu” əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssam Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, geyim üzrə rəssam Leyla Əliyeva, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.
ƏSA Teatrının mətbuat xidmətindən verilən məlumata görə, tamaşa mayın 20-də saat 19:00-da nümayiş olunacaq. Tamaşanın nümayişi Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq. Biletlərin qiyməti 3-10 AZN aralığında dəyişir.
İnklüziv aktyor heyətindən ibarət olan "ƏSA" Teatrının mayın 2-də baş tutan "Yuxu" tamaşasının ilk premyerasına ümumilikdə 400-dən çox tamaşaçı qatılıb.