Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının "Yuxum” tamaşasının premyerası anşlaqla keçib. Mədəni və siyasi xadimlər, məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar o cümlədən bir çox səfirlik və dövlət qurumları ilə yanaşı, nümayişi ümumilikdə 400-ə yaxın tamaşaçı izləyib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır.
Tamaşada iştirak edən on beş aktyordan səkkizi əlilliyi olan oyunçudur:
Pek - Elvin Mirzeyev
Oberon - Elşən Əsgərov
Titaniya - Nigar İsa
Tesey - Orxan Adıgözəl
İppolita - Aygün Əliyeva
Yelena - Səmayə Ağayarova
Lizandr - Nurlan Suleymanlı
Germiya - Gülnar Əlfidatlı
Demetri - Aydın Rəhimov
Egey - Cavad Heydərli
Pəri - Esmeralda Abdullayeva
Cırtdan - Fuad Huseynzadə
Aktyor - Fərid Əliyev
Aktyor - Muxtar Əhmədov
Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də baş tutub. İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən olunub.
Teatrın təsisçisi və bədii rəhbəri - Nihad Qulamzadə
Direktor - Orxan Adıgözəl
Baş menecer - Nicat Qulam
Truppa müdiri - Aydın Rəhimov
Fotoların müəllifi: Famil Mahmudbəyli