"Barselona"nın türk futbolçusu Arda Turan ölkəsinin mətbuatına maraqlı müsahibəsi ilə diqqət mərkəzinə düşüb.
Inclusivenews.orgTürkiyə mediasına istinadən xəbər verir ki, müsahibə zamanı Arda Türkiyədəki terror hücumları haqqında xüsusi ilə danışmaq istəyib.
Futbolçunun müsahibəsindən həmin açıqlamaları olduğu kimi təqdim edirik:
"Artıq alov içimi yandırır. Mənəbir şey olarsa, öz ölkəmdə dəfn ediləcəm. Buna görə də sona qədərölkəmin, polisinin, əsgərinin yanında olacam. Bir idmançı, diqqət mərkəzində olan bir şəxsiyyət kimi, arxasını Türkiyə xalqınasöykəyən bir vətəndaş olaraq əlimdən gələn nə lazımdırsa, etməyə hazıram və razıyam".
Orxan Əliyev