Bu günlərdə Bütün dünya futbol ictimayyətinin diqqəti Azərbaycana yönəlib.
Buna səbəb milli komandamızın Dünya Çempionatı 2018-in seçmə mərhələsində uğurlu və əzimkar çıxış etməsi olub.
Belə ki, mübarizəyə "C” qrupunda səfərdə San-Marino millisinə qarşı başlayan futbolçularımız, bu oyunda minimalhesablı (0-1) qələbə qazanmağı bacarıb. Doğrudur "cırtdan” bir ölkənin millisinə qarşı oyunda hər kəs futbolçularımızdan böyükhesablı qələbə gözləsə də bu mümkün olmayıb. Buna baxmayaraq tarixində ilk dəfə olaraq seçmə mərhələyə qələbə ilə başlayan millimizin bu uğuru azarkeşlərin də ümidlərini artırıb. Onlar sosial şəbəkələrdə "niə də yox?!” həş-təqi yaradaraq millimizə dəstək olublar.
"Niyə də yox?!” deyərək mübarizəyə davam edən futbolçularımız, ilk turdakı uğurun davamını doğma meydanda gətirməli idi. 2-ci turdakı rəqibimiz isə qapısına yol tapa bilmədiyimiz Norveç millisi oldu. Oyundan öncə çoxları millimizin bu qarşılaşmada məğlub olacağını düşünürdü. Amma futbolçularımız əzimkar komanda oyunu ilə heç vaxt məğlub edə bilmədəiyimiz Norveçi Bakıdan əliboş yola sala bildi.
Bu qələbədən sonra da bir çoxları bunun da təsadüf olduğunu və çexlərin 3-cü turda bizə futbol dərsi verəcəyini deyirdi. Amma zaman göstərdi ki, əzimkar oyunla hər bir komandaya qarşı layiqli mübarizə aparmaq olar. Necə ki, millimiz çətin Çexiya səfərində 1 xalla qayıtmağı bacarıb.
3 oyuna 7 xal... Uğura aparan yol budursa, həqiqətən də, "niyə də yox?!” Norveçlə oyunda qələbə qazansaq da, yaxşı oynamamışdıq. Çexiya ilə matç isə tam fərqli alındı. İlk növbədə start heyətdə Eddi İsrafilovun yerinə Qara Qarayevin oynaması düzgün addım idi. Və təbii ki, Ramil Şeydayev. Əla oyun ortaya qoydu Ramil. Ən irəlidə bizə belə furbolçu lazımdı - döyüşkən, oyun anlayışı olan və səviyyəli. Norveçlə matçdan fərqli bu gün həm müdafiədə yaxşı oynadıq, həm də ki, hücumda. Düzdür, oyunumuzda müəyyən çatışmamazlıqlar yenə də var idi. Amma ümumi götürsək, hesab oyuna görə oldu. Hətta deyərdim ki, ikinci hissəni bizim futbolçularımız daha yaxşı oynadılar. Hər şeyə görə təşəkkürlər milli.
Orxan Əliyev