Bir qrup əlilliyi olan gənc, Azərbaycan cəmiyyətinin münasibətində onları narahat edən məsələləri video çarx vasitəsilə hər kəsə açıqlayıb.
Inclusivenews.org-un əməkdaşı, Orxan Əliyev taksi sürücüsü ilə aralarında yaşanan dialoqdan danışıb. Ona "şikəst” olduğu üçün "güzəştə gedən” sürücüyə Orxan özünməxsus cavab verib.
"Bizi də özünü kimi qəbul edin…” adlı video çarxın digər qəhrəmanı isə Natiq Rəhimlidir. O, video müsahibəsində cəmiyyətin ona "bir təhər” baxdığını deyərək, bu "baxışdan” narahatlığını dilə gətirib.
Video çarx "MediaMen” Jurnalistika Məktəbi layihəsi komandası hazırlayıb.