Iris-ə ağır autism diaqnozu qoyulub. Kiçik yaşlarında valideynləri onu "əlçatmaz uşaq” adlandırıb. Lakin ailə evə pişik gətirəndən sonra hər şey dəyişib.
"Thula həyatımıza gəlməzdən əvvəl Iris var gücü ilə bizimlə ünsiyyətdən qaçırdı. O, öz istədiyi əşyanı mənə daha çox fiziki güc tətbiq edərək göstərirdi: əşyanı əli ilə işarə edər və ya məni o əşyaya doğru aparardı”, ana Carter-Johnson deyir.
İndi Iris Grace və onun pişiyi Thula ayrılmaz çütlükdür.
"Thula-dan sonra Iris səsini daha çox istifadə etməyə başladı və indi yemək, baxmaq, etmək istədiklərini mənə səsli deməkdən məmnun görünür”, Carter-Johnson müxbirə nəql edir.
Onlar hər ikisi arasında maraqlı münasibət yaranıb- Iris pişik kompaniyası sayəsində su qorxusunun öhdəsindən gələ bilib.
Iris gecə saatlarında yuxudan oyananda Thula onu sakitləşdirmək üçün dərhal yanına gəlir. Pişik Thula Iris oynadıqca ona baxır və mümkün olanda prosesə qatılır. Iris stolun üstündə dayanıb plastilin və ya xəmirlə oynayanda Thula onun yanında oturur və hərəkətlərini yamsılayır.