Bu gün Bakıda əlilliyi olan gənclərin "Şərq Nağılı” II Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib.
Inclusivenews/org xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda əlilliyi olan gənclərin "Şərq Nağılı” II Beynəlxalq Yaradıcılıq Festivalının açılış mərasimi təşkil olunub.
"Hilton" oteldə təşkil olunan möhtəşəm festivalda 7 ölkədən– Azərbaycan, Rusiya, Ukrayna, Belorusiya, Moldova, Gürcüstan və Litvadan olan 200-dən çox əlilliyi olan gənclər iştirak edib.
Qeyd edək ki, tədbir 21-23 sentyabr 2016-cı il tarixlndə keçirilib.