Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb.
Yığmamız səfərdə Çexiya ilə qarşılaşıb. Qrupda oynadığı hər iki oyundaqələbə qazanaraq100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirmək istəyirdi.
Qarşılaşmanın aşkar favoriri çexlər olsalar da, milli komandamız çətin səfərdən 1 xalla qayıtmağı bacarır. Oyun ərzində bir neçə epizodda qol vurmaq imkanlarımız olsa da bundan istifadə edə bilmədik. Nəticədə qarşılaşma elə başladığı kimi 0-0 hesabı ilə başa çatıb.
Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
III tur, 11 oktyabr
Çexiya – Azərbaycan -0:0
Baş hakim:Matey Yuq
Baş hakimin köməkçiləri:Tomaş Klançnik,Manuel Vidali
Dördüncü hakim:Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor:Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi:George Kumas (Kipr)
Ostrava. "Mestiski” stadionu