Zəfər məhəlləsində yaşayan 26 yaşlı daun sindromlu Turan Dursunun ad günü üçün "Bursaspor” tərəfdarları məhəllə sakinləri ilə birlikdə maraqlı sürpriz hazırlayıb.
Turan Qalsın üçün xüsusi hazırlanan, üstü açıq avtomobil ilə şəhər turu təşkil olunub. Turdan qayıdandan sonra əyləncə məhəllədə musiqi və məşalələrlə davam edib. Məhəllə gəncləri Turan üçün "Padşahım çox yaşa”, "Hər şey Turan üçün” şüarları səsləndiriblər. Daha sonra Tunar onun üçün hazırlanan tortu kəsib, dostları ilə doyunca əyləndi.
Klubun azarkeş dərnəkləri də qatı "Bursaspor” azarkeşi olan Turanı ad günündə tək qoymadı və ona hədiyyə olaraq üzərində futbolçuların imzası olan Batallanın formasını hədiyyə etdilər. Bundan başqa klubun ulduz futbolçuları və gənc oyunçuları da görüntülü olaraq təbrik mesajları göndərdilər.