Bakı şəhərində yerləşən piyada keçidləri araşdırılıb, ümumilikdə 413 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib.
Bunu Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
BNA tərəfindən Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə və 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsi üçün "İdeal yol ayrıcı" layihəsi hazırlanıb. Layihə üzrə kəsişmələrdə fiziki qüsurlu insanların rahat hərəkəti üçün pandus, istiqamət (ünvan) göstərən məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulub.
Bundan əlavə, nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan svetoforla nizamlanması haqqında təklif aidiyyatı üzrə təqdim edilib.
İnclusivenews.org