Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsindən sonra Kazana səfər edəcək "Qalatsaray" rəsmilərinin narahatlığı artıb.
Inclusivenews.org xəbər verir ki, "Qalatasaray Odebank" THY Avroliqa turniri çərçivəsində Kazanda yerli "Unics Kazan" komandasıyla qarşılaşacaq. Görüş öncəsi şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Kazan klubunun rəsmiləri bu haqda xüsusi açıqlama yayıb:
"Baş verənlərdən çox üzüldük. Amma əminik ki, azarkeşlərimiz provakasiyaya getməyəcəklər. Rusiya təyyarələri vurulanda da türklərlə qarşılaşmışdıq, həmin vaxt xüsusi gərginlik yaşanmadı. Bu dəfə də belə olacağına şübhəm yoxdu. Bununla belə təhlükəsizliyə xüsusi diqqət yetirəcəyik".