"Qalatasaray"ın keçmiş futbolçusu Mario Jardeldən pis xəbər var.
Inclusivenews.org Türkiyə mediasına istinadən xəbər verir ki, ölkəsi Braziliyada millət vəkili olan "Qalatasaray"ın köhnə qolçusu Mario Jardel barədə saxta sənəd və sərhəddən qanunsuz pul keçirmə kimi iddialar var.
Braziliya mətbuatında yayılan xəbərə görə, 2014-cü ildə təxminən 40 min səs toplayaraq millət vəkili seçilən sabiq futbolçunun deputat səlahiyyətinə sözügedən ittihamlara görə xitam verilib.
Rio Qrande Do Sul məclisinin ədalət komissiyası aparılan səsvermə sonrasında Jardelin millət vəkilliyinin əlindən alınması qərarı çıxarıb.
Qeyd edək ki, Jardel "Qalatasaray"ın 2000-ci ildə UEFA Super Kubokunu qazanmasında böyük pay sahibi olmuşdu. Digər tərəfdən Jardel 2000-ci ildə yeni gəldiyi sarı-qırmızılılarda ilk mövsümdəcə çıxdığı 42 matçda 32 qola imza atmağı bacarmışdı.