Mattel şirkəti kuklaları üç yeni bədən tipində hazırlayır: təbii vücud cizgiləri olan, ucaboy və "incə-mincə”.
Inclusivenews.org-un BBC Azərbaycanca-ya istinadən xəbər veiri ki, onların hazırlanmasında 7 dəri və 20 göz rəngindən istifadə olunub.
2012-ci ildən bəri satılan kuklaların sayı azalıb və nəhayət qərara alınıb ki, ona əl gəzdirilsin.
Barbie-nin təkrar modelləşdirilməsi
Barbie kuklasının artıq 60 yaşı var, lakin o, bu illər ərzində zahiri görünüşcə çox az dəyişib.
Kaliforniya şirkəti inanır ki, yeni dizaynlar yeni pərəstişkarlar cəlb edəcək. İstehsalçılar ümid edirlər ki, Barbie kuklalarının "qeyri-sağlam” və "qeyri-realist” bədən quruluşu haqqında tənqidlərə də son qoyulacaq.
Başqa bir sevimli oyuncaq – Barbie insan vücuduna düşəcək: çox satılan kuklalar boy-buxun və sair etibarilə getdikcə insana daha çox oxşayacaq.
Bu necə qiymətləndirilməlidir? İstehsalçılar kuklaların inanılmaz şəkildə "mükəmməl” bədən quruluşuna malik olduqlarına görə tez-tez tənqid edilirlər. İndi isə onlar tənqiddən nəticə çıxarıblar: İnsan fiquru insana oxşamalıdır
Nüfuzlu fiqur
Millicent Roberts "Barbie” kuklası uzun ayaqları, sanballı sinə, amma nazik beli ilə həmişə ziddiyyət yaradıb.
Barbie fiqurları 1959-cu ildən son vaxtlaradək çox az dəyişib
Bəziləri belə bir mülahizə yürüdürdülər ki, əgər bu fiqur normal insan ölçülərinədək böyüdülsə, ayaq üstdə dayana bilməz, çünki bədən ölçüləri mütənasib deyil.
Finlandiya Universitetinin Helsinkidəki xəstəxanasının araşdırmaçıları isə bildirirlər ki, Barbie "insan olsaydı”, o menustrasiya ola bilməzdi, çünki onun bədənində 17-20 faiz piy çatışmayacaqdı.
Bir sıra başqa ekspertlər isə inanırlar ki, Barbie-nin hazırkı bədən quruluşu sağlam vücud və "ifrat incəlik” haqqında yanlış təsəvvür yaradır. Onların fikrincə, bu, geniş ictimaiyyətin sağlamlığına, məsələn qidalanma vərdişlərinə mənfi təsir göstərə bilər.
Oyuncaqların sınaqdan çıxarılması
Playmobil şirkəti əlil arabasından istifadə edən fiqurlar hazırlayır. Sylvanian Families firması isə, hətta əlil arabası sürən dovşan fiquru da satır.
Amma bu mallar real piştaxta üstünə çıxmayıb.