Türkiyənin Sakarya şəhərində dünyanın ən qəribə nikah mərasimlərindən biri keçirilib.
"Inclusivenews.org” Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ailə həyatı qurmağa qərar verən Volkan Türk və Derya Atəş cütlüyü çayın bir neçə metr dərinliyində kəbin kəsdirib. Oksigen balonundan istifadə edərək suya dalan bəylə gəlin burda onları gözləyən nikah məmurunun suallarını başlarını yelləməklə cavablandırıb. Nikah Məmuru Volkan və Dəryanın evlənməyə hazır olub-olmadıqlarını üzərinə "bir-birinizi həyat yoldaşı kimi qəbul edirsinizmi?” yazılmış lövhə ilə dəqiqləşdirib. Suyun altında kəbin kəsdirən cütlüyün görüntüləri bir neçə dəqiqə ərzində ölkədə xəbər başlığına çevrilib.